Putinin sözünü unutmasınlar, bizdə belə bir ifadə var... Lavrov

01.12.2024

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ukrayna ətrafında vəziyyəti son həddə çatdıranlar layiqli cəzalarını alacaqlar”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada xüsusi əməliyyatı əvvəldən qaçılmaz idi. Rusiya Prezidenti Vladimir Putin bir neçə dəfə bu barədə danışıb.

“Görünür, indi gərginliyi qızışdırmağa və vəziyyəti son həddə çatdırmağa çalışanlar Rusiya prezidentinin bəyanatlarını oxumayıblar. Bunu mütəmadi olaraq etməliyik. Bilirsiniz, bizdə belə bir ifadə var – gücsüz qəzəb ümidsizlikdəndir. Lakin onların layiqli cəzasını alacaqlarına şübhə ola bilməz”, – XİN rəhbəri bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью