Putinin stüardessa ilə görüntüləri GÜNDƏM OLDU

11.09.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinin Nyu-Dehliyə səfəri zamanı çəkilən görüntülər Hindistan sosial mediasında geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Putinin təyyarədən düşərkən pilləkənlərdə stüardessa ilə əl sıxması əks olunub. Rusiya lideri pilləkənlərdən enməzdən əvvəl yaxınlıqda dayanan heyət üzvünü salamlayıb.

Hindistanın "ABP News" televiziya kanalı da görüntüləri yayımlayaraq Putinin ölkəyə gəlişi zamanı insanları salamlama tərzinin izləyicilərin diqqətini çəkdiyini qeyd edib.

Cəmi bir neçə saniyə davam edən əl sıxma sosial mediada sürətlə yayılıb və Hindistan internet istifadəçiləri arasında müzakirə mövzusuna çevrilib.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью