Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kreml Rusiyanın dondurulmuş aktivlərindən 1 milyard dolları Sülh Şurasına köçürmək təklifinə ABŞ-nın ictimai reaksiyasını hələ eşitməyib.
Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu məsələyə hələ heç bir ictimai reaksiya verilməyib.
Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya əvvəllər dondurulmuş aktivlərindən Qəzza zolağının yenidən qurulması və Fələstin probleminin həlli üçün ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasına 1 milyard dollar köçürməyə hazırdır.
V. QULİYEV