Putinin tapşırığı: Cəsədlərin üstündən hücum... | Icma.az
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya sülh danışıqlarında Kiyevin əlindən qiymətli sövdələşməni almaq üçün Donald Trampın andiçmə mərasimindən əvvəl Kursk bölgəsini geri qaytarmağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” yazıb.
Ukraynalı döyüşçülərin nəşrə verdiyi açıqlamalara görə, ruslar mövqelərə elə şiddətlə hücum edirlər ki, bəzən hücumda həlak olan yoldaşlarının cəsədləri üzərindən keçirlər.
“Onlar daim – səhər, günorta, gecə hücum edirlər”, - Ukrayna ordusunun 47-ci mexanikləşdirilmiş briqadasının batalyon komandiri “Geniy” deyib.
Komandir bildirib ki, təxminən altı həftə əvvəl ruslar zirehli texnikanın köməyi ilə əks-hücum əməliyyatına başlamışdılar.
Lakin çoxlu sayda zirehli texnikanı itirdikdən sonra bu strategiyadan əl çəkərək, dyüşçüləri kiçik qruplar halında piyada göndərməyə başlayıblar: “Üç nəfərin öhdəsindən gəlmək o qədər də çətin deyil, lakin onlar bir-birinin ardınca gələndə bəziləri irəliləməyi bacarır.
Bəzən bu, bir neçə metrdir, amma bir neçə həftə ərzində əhəmiyyətli irəliləyiş olur”.
Tam oxu
Xəbəri oxu