Putinin təklifləri Ukraynadakı müharibəyə son qoya bilər

11.12.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

“Rusiya prezidenti Vladimir Putinin sülh təkliflərinin həyata keçirilməsi Ukraynada münaqişəyə son qoymağa kömək edəcək”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Dövlət başçısı tərəfindən irəli sürülən konkret təkliflərin həyata keçirilməsi münaqişəyə son qoymağa və onun hərtərəfli, uzunmüddətli və ədalətli həllinə nail olmağa imkan verəcək”, - deyə siyasətçi vurğulayıb.

Zaxarova qeyd edib ki, münaqişənin belə həlli yerlərdə reallıqların nəzərə alınmasını nəzərdə tutur və üçüncü ölkələrin müdaxiləsini istisna edir.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью