Putinin tələbi: Ukraynanın və ya NATOnun təslim olması? | Icma.az
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır. Putinin Trampla Rusiya-Ukrayna müharibəsi ətrafında danışıqlarda Rusiya rəhbərinin
O Ukraynada üstünlüyündən istifadə edərək NATO-nun zəiflədilməsinə nail olmağa çalışır.
Bu batrədə müasir müharibələri tədqiq edən ISW öz hesabatında məlumat verir.
İnstitutun Rusiya-Ukrayna müharibəsi ilə bağlı son tədqiqatənda bildirilir ki, Putin Ukrayna ilə apardığı müharibədən Ukraynanı məğlub etməkdən daha artıq hədəflərə çatmağı planlaşdırır.
Çünki o, Ukraynanın təcrid olunması ilə bağlı müharibədən əvvəlki maksimalist tələblərini qüvvədə saxlayıb və Ukraynada müharibəyə son qoymaq üçün Qərb liderləri ilə istənilən mümkün danışıqlarda bu tələbləri yerinə yetirmək niyyətindədir.
Belə ki, Qərb nəşrləri əmindirlər ki, Putin istənilən danışıqlarda müharibədən əvvəlki tələblərinə - Ukraynanın NATO-ya üzvlüyünə mane olmaq və Rusiyaya qarşı təhdidlərin aradan qaldırılması üçün NATO-nu Şərqi Avropada qoşun yerləşdirməkdən imtina etməyə məcbur etmək - sadiq qalacaq.
Hesabatda həmçinin, 2021-ci ilin dekabrında Ukraynaya genişmiqyaslı işğaldan əvvəl ABŞ-a verdiyi ultimatumu xatırladılır.
Putin o zaman NATO-dan tələb edirdi ki, Ukrayna və bu kimi digər Şərqi Avropa ölkələri yeni üzv kimi qəbul etməkdən imtina etsin, NATO 1997-ci ilin mayından sonra bu quruma üzvü olmuş ölkələrdə silahlı qüvvələr yerləşdirməsin, NATO-nun Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada hər hansı hərbi fəaliyyətinə qadağa qoyulsun, Rusiya ərazisinə çata biləcək ərazilərdə orta mənzilli raketlərin yerləşdirilməsinə son qoysun.Eyni zamanda, ISW qeyd edir ki, Putin bu iddialardan Ukraynaya genişmiqyaslı işğala haqq qazandırmaq üçün istifadə etdi və mövqeyini daha da gücləndirdi.
Tam oxu
Xəbəri oxu