Putinin təltif etdiyi azərbaycanlı müharibədə həlak oldu

24.12.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.

Axar.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

O bildirib ki, Goranboy rayon sakini Dilsuz Haqverdi oğlu Kərimov sözügedən müharibədə həlak olub.

Dilsuz Kərimov Rusiya ordusunun tərkibində hərbi əməliyyatlarda iştirak edib. O, göstərdiyi igidliyə görə Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Orden Mujstva” (“İgidliyə görə”) ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью