Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndələri Steve Witkoff və Jared Kushner ilə keçirdiyi görüşdə tərcüməçi Aleksey Sadıkovun performansı diqqət çəkib. Putinin sözlərini ingilis dilinə çevirərkən onun səs tonunu, mimikalarını və əl hərəkətlərini təqlid edən tərcüməçi sosial şəbəkələrdə maraq doğurub.
Milli.Az xəbər verir ki, tərcüməçi Aleksey Sadıkov təkcə sözləri deyil, Putinin danışıq ritmini, vurğularını, sərtləşən səs tonunu, bədən dilini və mimikalarını da ingilis dilində eynilə əks etdirib.
Hindistan mərkəzli "The Economic Times" və "Firstpost" 16-17 noyabr tarixli xəbərlərində bu hadisəni işıqlandırıb.
Rusiya-Ukrayna müharibəsinə dair diplomatik təmaslar çərçivəsində baş tutan görüş siyasi məzmunundan əlavə, tərcüməçinin üslubu ilə gündəmə gəlib və diplomatik görüşlərdə tərcüməçilərin rolu barədə müzakirələrə səbəb olub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)