Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya lideri Vladimir Putinin təyyarəsi Polşanın hava məkanından keçərsə, həbs oluna bilər.
"Unikal" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski açıqlayıb.
"Mən təminat verə bilmərəm ki, müstəqil Polşa məhkəməsi şübhəli şəxsi Haaqa məhkəməsinə təhvil vermək üçün hökumətə belə bir təyyarəni müşayiət etməyi əmr etməyəcək", - Sikorski deyib.
Qeyd olunub ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) mövcud orderi BCM-ə üzv dövlətləri Putinin sərhədlərini keçəcəyi təqdirdə onu həbs etməyə məcbur edir.
"Düşünürəm ki, Rusiya tərəfinin bundan xəbəri var. Və ona görə də bu sammit (Budapeştdə Putin-Tramp görüşü - red.) baş tutsa, təyyarə başqa
Qeyd edək ki, sammitin keçiriləcəyi Macarıstan Putinə sammit üçün ölkəyə daxil olmaq və sonra evə qayıtmaq imkanı vəd etmişdi.
Ağarza Elçinoğlu Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.