Putinin təyyarəsi vurulacaq Generaldan şok etiraf

22.10.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Polşanın GROM xüsusi təyinatlı qüvvələrinin keçmiş komandiri, general Roman Polko sensasion açıqlama ilə çıxış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Polşanın “Super Express” nəşri yayıb.

O, bildirib ki, Polşa Hərbi Hava Qüvvələrinin pilotları Rusiya Prezidenti Vladimir Putini ABŞ Prezidenti Donald Trampla görüş üçün Macarıstana aparan təyyarəni vurmaq səlahiyyətinə malikdirlər.

Generalın sözlərinə görə, əgər təyyarə Polşanın hava məkanına daxil olarsa, pilotlar onu məcburi endirməyə və ya hətta vurmağa icazə verilib.

Xatırladaq ki, bir müddət əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski də analoji bəyanatla çıxış edərək, Varşavanın Rusiya liderini daşıyan təyyarəni endirməyə hazır olduğunu demişdi.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью