Putinin Trampa hədiyəsi məlum oldu Foto

22.04.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa onun portretini hədiyyə edib.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff jurnalist Taker Karsonla müsahibəsində deyib.
Uitkoff Trampın çox təsirləndiyini qeyd edib, lakin portreti göstərməyib və rəssamın adını çəkməyib.
Portretin müəllifinin rəssam Nikas Safronov olduğu üzə çıxıb. Safronov özü müəllifliyini açıqlayıb və şəklin surətini CNN-ə təqdim edib. O, Trampı Amerika bayrağının və Azadlıq Heykəlinin fonunda yumruğunu havaya qaldırmış şəkildə təsvir edib.
Xatırldaq ki, Tramp 2024-cü ilin iyulunda sui-qəsd cəhdindən sağ çıxandan dərhal sonra tərəfdarlarına yaxşı olduğunu göstərmək üçün yumruq vurma jestini etdi. O vaxtdan bəri Trampın yumruğunu qaldırdığı fotoşəkil onun seçki mübarizəsinin simvolu kimi kampaniyası boyu dəfələrlə istifadə olunub.
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью