Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bağlı qapılar arxasında baş verənlərdən danışan Lavrovun sözlərinə görə, diplomatik cəbhədə heç nə baş verməsə də, real cəbhədə hər şey baş verir:
"Burada qoşunlarımız təyin olunmuş mövqelərinə doğru davamlı və ardıcıl şəkildə irəliləyir", - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, Kiyev və Vaşinqton da daxil olmaqla digər paytaxtlardan verilən açıqlamaların yeganə məqsədi "Kiyev rejimini bir müddət gücləndirmək" üçün fasilə verməkdir.
“Qərb indi öz “yeni ideyaları” ilə çox da narahat olmasın”, - deyə Lavrov əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Moskva Ukrayna ilə bağlı təmaslara açıqdır, lakin razılaşmalar həyata keçirilməlidir. O əlavə edib ki, Rusiya "heç vaxt heç kimi məyus etməyib".
Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov isə açıqlamasında deyib ki, Putin həm ictimai tədbirlərdə, həm də bağlı qapılar arxasında Ukrayna ilə bağlı açıq danışır.
"Putin əvvəlki sammitlərdə, o cümlədən açıq seqmentlərdə, hətta qapalı qapılar arxasında da son dərəcə səmimi danışıb", - diplomat vurğulayıb.
Mürtəza