Putinin Trampın kürəkəninə münasibətini necədir?

07.12.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Vladimir Putin Ukrayna üzrə danışıqlar prosesinə qoşulan ABŞ prezidentinin kürəkəni və baş müşaviri Jared Kuşneri bəyənir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.

Dekabrın 2-də Kuşner və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Moskvaya səfər ediblər. Onlar Putinlə görüşüb və Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi planı müzakirə ediblər.

Uşakov deyib ki, Kuşner Rusiya prezidentinin amerikalılarla söhbətə hansı ideya və prinsiplərlə yanaşdığını müzakirə etmək istəyir.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью