Putinin Trampla danışığında maraqlı detal Əvvəlcədən bilir | Icma.az
Icma.az, GlobalInfo saytına istinadən bildirir. “Rusiya Prezidenti Vladimir Putin ingilis dilini başa düşür.
O, ingilisdilli həmkarları ilə telefon danışığı zamanı məlumatları dərhal öyrənə bilir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezident amerikalı həmkarı Donald Trampın səsini eşidir, ardınca tərcüməçi danışmağa başlayır.
Amma Putin bəzi məlumatları tərcüməçidən qabaq öyrənmiş olur”, – deyə o, Rusiya liderinin ABŞ prezidenti ilə telefon danışığının texniki nüansları haqda danışarkən vurğulayıb.
Xatırladaq ki, Putinlə Tramp arasında telefon danışığı mayın 19-da baş tutub və iki saatdan çox davam edib.
Safura Bənnayeva Globalinfo.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu