Putinin uğursuz Hindistan səfəri: Ukrayna və Cənubi Qafqaz üçün yeni fürsətlər | Icma.az
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putinin dekabrın 4-5-də Hindistana dövlət səfəri Moskvanın gözlədiyi nəticələri vermədi və bir çox ekspertlər tərəfindən “uğursuz və ya nəticəsiz səfər” kimi qiymətləndirilir.
Səfərin həm siyasi, həm də iqtisadi cəhətdən Moskvanın mövqeyini gücləndirmədiyi aydın görünür.
Bu, həm Hindistanın dəyişən xarici siyasət kursu, həm də Rusiya iqtisadiyyatının Qərb sanksiyaları şəraitində daha da daralan manevr sahəsi ilə bağlıdır.
İmzalanmayan sənədlər və dondurulmuş gündəmlər Putin–Modi görüşü gözlənildiyi kimi strateji irəliləyişlə nəticələnmədi.
Tərəflər ikitərəfli münasibətlərdə ciddi dönüş yarada biləcək hər hansı sazişə imza ata bilmədilər.
Yeganə razılaşma mövcud ticarət dövriyyəsinin 64–65 milyard dollardan 100 milyard dollara çatdırılması barədə ümumi niyyət bəyanatı oldu.
Bu isə praktik öhdəlikdən daha çox siyasi jest xarakteri daşıyır.
Tam oxu
Xəbəri oxu