Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə söhbəti təxminən dörd saat davam edib və konstruktiv olub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Onu həmçinin son dərəcə açıq və etimada əsaslanan bir söhbət kimi təsvir edərdim”, - Uşakov bildirib.
Qeyd edək ki, Putin ABŞ nümayəndələri ilə görüşündə Ukrayna münaqişəsinin həlli, Əbu-Dabidə işçi qrupunun iclası, Sülh Şurası və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.