GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Rusiya Ukrayna müharibəsindəki məqsədlərinə siyasi və diplomatik yollarla nail olmaq istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, daha məqsədəuyğundur. Rusiya Prezidenti Vladimir Putin də məqsədlərinə çatmaq üçün 2022-ci ilə qədər xeyli səy göstərib. Söhbət diplomatik yollardan gedir”, – o bildirib.
Qeyd edək ki, dünən Putin Ukrayna münaqişəsini bitirmək üçün Rusiyanın kifayət qədər gücünün və resurslarının olduğunu açıqlayıb.
Digər tərəfdən, Müharibənin Tədqiqi İnstitutu hesab edir ki, Moskva Ukraynanın tam kapitulyasiyasını hədəfləyir və buna nail olmaq niyyətindədir.
Əliyar Xəlil
Globalinfo.az