Putinin xüsusi nümayəndəsi danışıqların yayılan stenoqramını feyk adlandırıb

26.11.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev “Bloomberg”in yaydığı məlumatı feyk adlandırıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Dmitriyev Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla onun telefon danışığının saxta olduğunu bildirib.
“Sülhə nə qədər yaxınlaşsaq, müharibəni qızışdıranlar bir o qədər çarəsizləşirlər”, - Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, “Bloomberg” agentliyi Uşakovla Dmitriyev arasında telefon danışığının stenoqramını dərc edib. Həmin danışıq zamanı Kreml rəsmilərinin Ukrayna ilə bağlı planın hazırlığını müzakirə etdiyi qeyd olunub. Bundan başqa agentlik Uşakovla Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasındakı telefon danışığının stenoqramını da dərc edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью