Putinin xüsusi nümayəndəsi Uittkofla görüşüb Təfərrüat açıqlanmır

11.04.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev bu gün Sankt-Peterburqda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uittkofla görüşüb. 

“AzPolitika” bildirir ki, bu barədə Rusiya dövlət xəbər agentliyi TASS agentliyi məlumat yayıb.

Görüşün məzmunu haqqında hələlik heç bir ətraflı məlumat verilmir.

Uittkof və Dmitriyev əvvəllər, aprel 2 və 3-də Vaşinqtonda da görüşmüşdülər. Bu səfərdən sonra Kreml sözçüsü Dmitri Peskov, Rusiya və ABŞ arasında münasibətlərin tənzimlənməsi perspektivi ilə bağlı "təvazökar nikbinlik" barədə açıqlama vermişdi.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью