Putinin xüsusi silahı işi salır: Tramp belə vurulacaq Sensassiya

04.02.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Ceffri Epşteyn” işi ətrafında formalaşan materiallar Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa qarşı potensial təsir alətlərindən biri kimi nəzərdən keçirilə bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ və Kanada İnstitutunun baş tədqiqatçısı, iqtisadiyyat elmləri doktoru Vladimir Vasiliev bildirib.

Vasilievin sözlərinə görə, Epşteyn işi ABŞ siyasi elitası üçün hələ də ciddi reputasiya riskləri yaradır və bu mövzu beynəlxalq siyasi qarşıdurmalarda dolayı təsir mexanizmi kimi istifadə oluna bilər.

“Bu materiallar ABŞ-ın siyasi nüfuzunun düşməsi üçün əsas amil olacaq. Putin də Trampı məhz bu silahla “vuracaq”. Bu, Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa qarşı potensial təsir alətlərindən biri kimi nəzərdən keçirilə bilər”, – deyə Vasiliev bildirib.

Xatırladaq ki, yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq və insan alverində ittiham olunmuş maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı yeni sənədlər toplusunu açıqlayıb. Məlumatlara əsasən, bu sənədlər paketi istintaq tarixində ən geniş materiallardan biri hesab olunur və təxminən 3 milyon səhifəni əhatə edir.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью