Putinin yeni qiyamət silahı üzə çıxdı Detallar

13.10.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Rusiya Prezidenti Vladimir Putinin elan edəcəyi yeni silahlar ola bilsin ki, sərhədsiz mənzilli “Burevestnik” raketləridir”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Yuri Knutov deyib.

“Bu qanadlı raket 20 min kilometr uçuş məsafəsinə malikdir və ekvivalent mənzili 40 mindən çoxdur. “Burevestnik” dünyanın istənilən yerindən hədəfinə çata bilər”, – o bildirib.

Ekspert qeyd edib ki, bu, “qiyamət silahıdır”.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Tacikistanda keçirdiyi mətbuat konfransında tezliklə yeni silahı elan edəcəyini demişdi.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью