Putinlə belə danışa bilməzsən! Rus deputat əsəbiləşdi

13.10.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Ukraynaya “Tomaqavk” raketlərinin tədarükü ilə bağlı şantaj etməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Andrey Kolesnik deyib.

“Biz Trampın maraqlarına uyğun bir iş görməsək, o, raketləri Kiyevə yerləşdirəcək. Bu nə söhbətdir? Bizim prezidentimizlə belə danışa bilməzsiniz! Belə dialoq olmur. Buna tab gətirmək olmaz, çünki sonra da Tramp oxşar taktikalardan istifadə etməyə davam edəcək”, – deyə o bildirib.

Kolesnik vurğulayıb ki, Vladimir Putin son dərəcə ağıllı və təcrübəli siyasətçidir və bu cür hücumlara cavab verməyin yolunu tapacaq.

Əliyar Xəlil
Globalinfo.az  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью