Putinlə bunları müzakirə edəcəyəm Zelenski

14.05.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyim təqdirdə tam atəşkəs və bütün əsirlərin mübadiləsi məsələsini qaldıracam.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Liberation” nəşrinə müsahibəsində deyib.

“Onunla görüşsəm, siyasi qələbə ilə çıxmalıyıq - atəşkəs, bütün əsirlərin əsirlərə dəyişdirilməsi və s.”, - o bildirib.

Zelenskinin sözlərinə görə, bundan sonra nə ruslar ukraynalılara, nə də ukraynalılar ruslara etibar edəcək:

“Ona görə də tərəflər arasında razılaşmaların yerinə yetirilməsinə yalnız kənar vasitəçilər zəmanət verə bilər”.

O, hər iki tərəfin nəzərə alacağı etibarlı vasitəçiliyə ehtiyac olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью