Putinlə çox yaxşı anlaşırdım Tramp

08.10.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Mark Karni ilə görüşündə Rusiya Ukrayna müharibəsini bitirməyin Yaxın Şərqdə sülhün əldə edilməsindən daha çətin ola biləcəyini deyib.

"Ölkə.az" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Trampın sözlərinə görə, Yaxın Şərqdə sülh sazişi artıq bağlanmağa yaxındır.

“Bunun sadə məsələ olacağını düşündüm. Putinlə çox yaxşı anlaşırdım və düşünürdüm ki, belə də olacaq. O məni çox məyus etdi. Çünki bunun həllinin asan olacağını düşünürdüm, amma bunun Yaxın Şərqdəkindən daha çətin olduğu məlum oldu. Yaxın Şərqdə nə baş verəcəyini görəcəyik”, - Tramp bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью