Putinlə danışdıqdan sonra sanksiya xəbərdarlığı etdi

04.06.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbətindən sonra növbəti paylaşım edib.

"Unikal" xəbər verir ki, “Truth Social” sosial şəbəkəsində o, “The Washington Post”da (WP) “Konqres Trampa Putinə təsir rıçaqları verə bilər” başlıqlı məqaləyə keçid yerləşdirib.

Məqalədə Rusiyanın ticarət tərəfdaşlarına qarşı sanksiyalar haqqında qanun layihəsi müzakirə olunur. İddia edilir ki, onun Senatdan keçməsi Trampı sənədi imzalamağa məcbur etməyəcək, əksinə ona Moskva üzərində “rıçaq” verəcək.

“Sanksiyalar yalnız prezident Putinin “Ukrayna ilə sülh sazişi bağlamaqdan imtina etdiyi” qənaətinə gəldikdən sonra qüvvəyə minəcək. Bu, Trampın Putin üzərində təsirini kəskin şəkildə artıracaq və onun danışıqlardakı mövqeyini gücləndirəcək, ona istənilən vaxt Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiq etmək imkanı verəcək”, - deyə qəzet yazıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью