“Putinlə danışırıq, telefonu qapatdıqdan sonra raketlər Kiyevə düşür” Tramp KONKRET

14.07.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlar barədə danışıb. O bildirib ki, Putinlə Ukraynadakı vəziyyətin həlli yolları haqqında tez-tez müzakirələr aparır.

KONKRET.az xəbər verir ki, Tramp bu danışıqlardan sonra tez-tez eyni ssenarinin təkrarlanmasından narahatlığını ifadə edib: “Putinlə çox danışıram, necə bu müharibəni dayandırmaq olar – bunu müzakirə edirik. Həmişə də söhbətdən sonra deyirəm ki, yaxşı danışıq oldu. Amma sonra – ya Kiyevə, ya da başqa bir şəhərə raketlər atılır. Bu qəribədir. Üç-dörd dəfə belə olduqdan sonra anladım ki, dediyiniz kimi, bu danışmaların heç bir əhəmiyyəti yoxdur.”

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью