Putinlə dolların gücünü müzakirə etdim Tramp

12.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardım. Ukraynadakı böhran və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social” şəbəkəsində yazıb.

“Rusiya Prezidenti Vladimir Putinlə indicə uzun və çox məhsuldar telefon danışığım oldu. Biz Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt, dolların gücü və digər mövzuları müzakirə etdik", - Tramp bildirib.

Qeyd edək ki, Trampla Putinin telefon danışığı az öncə baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью