Putinlə görüş Türkiyədə keçirilsin Zelenskidən təklif

22.04.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezident Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında birbaşa görüş təşəbbüsü ilə çıxış edib və Türkiyədən onun təşkilində kömək istəyib.

"Yeni Sabah" forbes.ua-ya istinadla xəbər verir ki, bunu Ukrayna XİN rəhbəri Andriy Sibiqa bildirib.

Rəsmi Kiyev digər paytaxtlara da müraciət edib, lakin Türkiyə potensial danışıqlar üçün əsas platforma kimi nəzərdən keçirilir.

Nazir aydınlıq gətirib ki, Ukrayna Rusiya və Belarus istisna olmaqla, istənilən ölkədə belə bir görüşü keçirməyə hazır olduğunu bəyan edib.

Eyni zamanda, Kiyev Donbasdan birtərəfli şəkildə geri çəkilməyə razı deyil.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью