GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ukrayna nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner ilə görüşdə təhlükəsizlik zəmanətlərini müzakirə edib”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov deyib.
Tərəflər Dünya İqtisadi Forumunun (WEF) keçirildiyi İsveçrənin Davos şəhərində görüşüb.
“Amerikalı tərəfdaşlarımız Cared Kuşner və Stiv Uittkoffla ayrıca görüş keçirildi.
Əsas mövzular iqtisadi inkişaf, müharibədən sonrakı yenidənqurma və təhlükəsizlik təminatları idi”, – deyə Umerov bildirib.
Daha əvvəl Uitkoffun 22 yanvarda Rusiyaya səfər edəcəyi açıqlanmışdı. O , Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Əliyar Xəlil Globalinfo.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.