Putinlə görüşümüz önəmli idi

18.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Almaniya kansleri Şoltz Rusiya lideri Putinlə görüşünün vacib və ətraflı olduğunu bildirib.

Milli.Az xəbər verir ki, Almaniya kansleri Olaf Şoltz G20 liderlər sammitində iştirak etmək üçün getdiyi Braziliyanın Rio-de-Janeyro şəhərində mətbuata açıqlama verib.

Rusiya prezidenti Vladimir Putinlə cümə günü etdiyi telefon danışığının əhəmiyyətli və ətraflı olduğuna diqqət çəkən Şoltz Rusiya lideri ilə ünsiyyətini davam etdirməyi və "tezliklə" yenidən görüşməyi planlaşdırdığını da əlavə edib.

Şoltz Donald Trampla mümkün təmasları səbəbiylə Putinə zəng etmək qərarına gəldiyini də açıqlayıb.

Nərmin
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью