Putinlə problemimi BELƏ HƏLL EDƏCƏM Paşinyan KONKRET

28.05.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə yaranan problemlərin sakit şəkildə həll ediləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Paşinyan bu barədə brifinq zamanı danışıb.

“Bizim strategiyamız dəyişməyib. Rusiyalı tərəfdaşlarımızla sakit, əsəbsiz şəkildə işləyəcək və bütün məsələləri həll edəcəyik”, – deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.

Paşinyan iki ölkə arasında münasibətlərdə müəyyən çətinliklərin mövcudluğunu etiraf etsə də, dialoq və əməkdaşlıq yolu ilə problemlərin aradan qaldırılmasının mümkün olduğunu qeyd edib.

Baş nazir həmçinin Ermənistanın xarici siyasətdə balanslı mövqe tutmağa davam edəcəyini diqqətə çatdırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью