Putinlə seçkidən sonra görüş barədə razılaşdıq

03.06.2026

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün 7 iyun seçkilərindən sonra Moskvaya gedəcəyini açıqlayıb.

Azpost.info bildirir ki, bu barədə Nikol Paşinyan Martunidə keçirilən seçkiqabağı görüşdə bildirib.

“Rusiya Prezidenti ilə telefon danışığı zamanı seçkilərdən sonra səfər edəcəyim, görüşəcəyim və bütün cari məsələləri həll edəcəyimiz barədə razılığa gəldik. Rusiya ilə mübahisə etmək niyyətində deyilik, amma Ermənistanın mövqeyini sakitcə müdafiə edəcəyik”-deyə Paşinyan vurğulayıb.

“Biz Rusiyanın maraqlarına zidd hərəkət etməyəcəyik, eyni zamanda öz maraqlarımıza zidd hərəkət etməyəcəyik”, – deyə Nikol Paşinyan Martunidə keçirilən seçkiqabağı görüşdə bildirib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью