Putinlə Tramp dünyanı bölüşdürür: Cənubi Qafqazda nə gözlənilir? Erməniləri qorxudan ssena…
Icma.az, Turkstan.az saytına istinadən bildirir. Rusiya və ABŞ liderlərinin telefon danışığı və ondan sonra verilən açıqlamalar dünyada gücl
Avropanın aparıcı siyasətçiləri və media qurumları “Putin və Trampın dünyası” haqda yazırlar.
Təbii ki, qlobal güc balansının formalaşması ilə bağlı hər hansı qəti nəticə çıxarmaq hələ tezdir, lakin Moskva və Vaşinqtonun yanaşmalarının ənənəvi olaraq toqquşduğu bir çox regionların köklü dəyişikliklər astanasında olduğu göz qabağındadır.
Bu regionda müxtəlif qüvvələrin və oyunçuların bütün maraqları və ziddiyyətləri şəbəkəsini nəzərə alsaq, Cənubi Qafqaz da bu dəyişikliklərdən, şübhəsiz ki, kənarda qalmayacaq.
Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, erməni politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov “Sputnik Ermənistan”a bildirib ki, Moskva ilə Vaşinqton arasında razılaşmaların Cənubi Qafqazdakı vəziyyətə və xüsusən Ermənistana necə təsir edəcəyi sualına cavab vermək üçün Ukrayna münaqişəsinin konturlarını anlamaq lazımdır.
“Ukrayna böhranının həlli metodologiyasından asılı olaraq, ya Moskvanın Qafqazdakı mövqeyinin ləng, lakin davamlı şəkildə bərpasından, ya da mövcud vəziyyətin qorunub saxlanmasından danışmaq olar.
Qeyri-müəyyənlik həm də ondan irəli gəlir ki, Tramp komandasının Cənubi Qafqaza yanaşmasının necə olacağını heç kim bilmir.
Yeni administrasiya bir anda bir neçə qlobal sahədə çox ciddi fəallıq nümayiş etdirir, lakin onların bütün bu sahələr üzrə hazır həll yolları və iş planları olduğu hələ bəlli deyil.
Tam oxu
Xəbəri oxu