Putinlə Trampın danışıqları üçün vaxt yetişməyib

28.03.2025

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

ABŞ Dövlət Katibi Marko Rubio Rusiya ilə yüksəksəviyyəli danışıqları gözləməyin vaxtının hələ yetişmədiyini bildirib.

Rubio keçirdiyi mətbuat konfransında müxbir ABŞ-nin Rusiya və Ukrayna ilə Səudiyyə Ərəbistanında aparılan müzakirələrdən sonra Moskva ilə yüksək səviyyəli danışıqlarının vaxtının çatıb-çatmadığını soruşub.

Rubio qeyd edib ki, hazırkı məhələdə əsas texniki səviyyədə irəliləyiş əldə edilməsidir.

“Düşünürəm ki, texniki səviyyədə daha çox inkişaf əldə etməliyik. Hər iki tərəfin, xüsusilə də bizim illərdir danışmadığımız Rusiya tərəfinin etməli olduğu çox şey var”, – Rubio deyib.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью