Putinlə Trampın görüntüsü gündəm oldu

18.01.2026

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə “Tramp qartalla Putinə qarşı” başlığı ilə yayımlanan video geniş müzakirələrə yol açıb.

Globalinfo.az xəbər verir ki, görüntülərdə ABŞ Prezidenti Donald Trampın qartalla, Rusiya Prezidenti Vladimir Putinin isə şahinlə çəkildiyi kadrlar yer alır.

Videoda qartalın Trampa qarşı aqressiv davranış sərgilədiyi, onun başına doğru hücum etməyə çalışdığı görünür. Sosial media istifadəçiləri bu davranışı ABŞ liderinə qarşı mənfi rəmz kimi şərh edirlər.

Eyni görüntülərdə isə şahin sakit şəkildə Putinə tərəf uçur və onun əlinin üzərinə qonur. Bu epizod da istifadəçilər arasında müxtəlif yozumlara səbəb olub. Bəzi şərhçilər yırtıcı quşların davranışını ABŞ və Rusiya liderlərinin xarakteri ilə müqayisə edib.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью