Putinlə Trampın görüşü bir saatdan az davam edib

19.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Moskva, 19 noyabr, AZƏRTAC

Çinin Şencen şəhərində Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş başa çatıb. Liderlərin söhbəti bir saatdan az davam edib.

AZƏRTAC xəbər verir ki, görüşün başa çatması barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Danışıqlar APEC sammitinin plenar iclasından sonra Şencen Beynəlxalq Mübadilə Mərkəzində keçirilib. Bu, iki prezidentin 2025-ci ilin avqustunda Ankoricdə keçirilən sammitdən sonra ilk ikitərəfli görüşü olub.

Görüşün mətbuata açıq hissəsində Donald Tramp rusiyalı həmkarını çoxdan tanıdığını və uzun illərdir onunla əla münasibətlərinin olduğunu bildirib. ABŞ Prezidenti danışıqların müsbət nəticələr verəcəyinə ümid bəslədiyini, Çin Xalq Respublikasının Sədri Si Cinpinin də iştirakı ilə keçiriləcək üçtərəfli görüşü səbirsizliklə gözlədiyini deyib.

Görüşdə Rusiya tərəfdən Baş nazirin müavini, maliyyə naziri Anton Siluanov, xarici işlər naziri Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və xüsusi nümayəndə Kirill Dmitriyev, ABŞ tərəfdən isə Dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью