GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya və ABŞ-ın Ukrayna ilə bağlı planı genişmiqyaslı konsepsiyadır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
O bildirib ki, sözügedən məsələ Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada əldə olunan anlaşmalara əsaslanır.
“Bu əslində daha böyük konsepsiyadır və mahiyyəti belədir: “Biz əslində təkcə Ukraynada deyil, Avropada uzunmüddətli təhlükəsizliyi necə təmin edirik?” Məqsəd Putin və Tramp arasında növbəti görüşə qədər bu ruhda yazılı sənəd hazırlamaqdır”, – Dmitriyev izah edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Rusiya ilə məsləhətləşərək Ukraynada nizamlanma planı hazırladığı bəlli olmuşdu. Sənəd 28 bənddən ibarətdir və onun hazırlanmasında əsas rolu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff oynayır.
Əliyar Xəlil
Globalinfo.az