Putinlə Zelenski arasındakı münasibət dəhşətlidir”

19.09.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

“Rusiya Prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında münasibətlər dəhşətlidir. Bununla belə, müharibəni bitirmək üçün həll yolu tapılacaq”.

Missiya.Az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

Söhbət zamanı Ağ Ev rəhbəri yenidən Putindən çox məyus olduğunu və onunla münasibətlərin sayəsində Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı vəziyyəti həll etməyin ən asan olacağına inandığını bildirib. 

"Putinlə Zelenski arasındakı münasibət dəhşətlidir. Onlar həqiqətən də bir-birlərini sevmirlər. Onlar bir-birlərinə nifrət edirlər. Düşünürəm ki, həll yolunu tapacağıq", - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью