Putinlə Zelenskinin gözü telefonda: Tramp hər an zəng edə bilər

06.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Rusiyalı politoloq Sergey Markov özünün Telegram kanalında ABŞ-da keçirilən prezident seçkilərinin qalibi elan edilən Donald Trampın vədinə əməl edərək Moskva və Kiyevə zəng edəcəyi ilə bağlı fikirlərini bildirib.

Publika.az xəbər verir ki, Markovun fikrincə, Vladimir Putin və Vladimir Zelenski artıq Trampın mümkün təkliflərinə cavab hazırlayırlar.

"Tramp noyabrın 6-da Putinə zəng etməlidir. Zelenskiyə də", - deyən Markov əlavə edib ki, Tramp Rusiya və Ukraynaya "hərbi təmas xətti boyunca hərbi əməliyyatları dərhal dayandırmağı" təklif edə bilər.

Ekspertin qeyd etdiyi kimi, Putin və Zelenski hazırda buna hazır deyillər, lakin onlar Trampla mübahisə etmək istəməyəcəklər.

“Buna görə də, həm Putin, həm də Zelenski Trampla söhbətində hansısa gözlənilməz addım hazırlayırlar”, – politoloq yazıb.

Markov əlavə edib ki, bu və ya digər şəkildə Putin və Zelenski Ukraynada sülh haqqında Trampla danışmağa hazırlaşırlar.

Adəm Abbaslı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью