Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bu gün əsas məsələ o idi ki, qolları buraxdıqdan sonra qələbə qazana və hesabı dəyişə biləcəyimizə inanırdıq. Bu, inanılmaz idi. Yenə bunu bacardığımıza inana bilmirəm”.
Bu sözləri “Apasport”a açıqlamasında Timateuş Puxaç deyib.
“Sabah”ın futbolçusu “Hapoel”lə matçı dəyərləndirib: “Hər dəfə uduzduğumuz zaman – istər “Qarabağ”a, istər “Zirə”yə kubok finalında, istərsə də bu gün eyni vəziyyət yaşanır. Bu, mentalitetlə bağlıdır. Ehtiyatdan meydana daxil olan futbolçuların necə mübarizə aparması, komanda olaraq nə qədər güclü, ailə kimi bir-birimizə bağlı olmağımız çox vacibdir.
Bu, həyatımın ən gözəl gecələrindən biridir. Düşünürəm ki, futbolçular üçün də belədir. Toyum birinci yerdədirsə, bu gecə ikinci yerdədir.
Stadiona gələn azarkeşlərimiz möhtəşəm atmosfer yaratdılar. Onların dəstəyini hiss edirdik və buna görə çox xoşbəxtik.
Həmçinin bütün Azərbaycan azarkeşlərinə təşəkkür etmək istəyirəm. Bu, təkcə “Sabah” azarkeşləri deyildi. “Neftçi”, “Qarabağ”, “Zirə” və digər komandaların azarkeşləri də bizi dəstəkləyirdilər. Bunu mediadan və sosial şəbəkələrdən də hiss etmək mümkün idi. Bu, Azərbaycan futbolu üçün çox böyük şeydir.
İndi Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” kimi təmsil edəcəyik və bu, möhtəşəmdir. Bizi dəstəkləyən hər bir komandanın azarkeşinə təşəkkür edirəm”.
O, Çempinlar Liqasında İspaniya nəhənglərinə qarşı oynamaq istədiyini söyləyib: “Çempionlar Liqasında “Barselona”, “Real Madrid”ə qarşı oynamaq istəyirəm. Ən yaxşı komandalarla, ən çətin oyunlarda iştirak etmək arzusundayam. Ən yaxşı stadionlara getmək istəyirəm.
Futbolla məşğul olan hər bir uşağın arzusu Çempionlar Liqasında “Kamp Nou”, “Santiaqo Bernabeu” və “Old Trafford” kimi stadionlarda oynamaqdır. Püşkatmanı izləmək çox həyəcanlı olacaq. Səbirsizliklə gözləyirəm.”
Ran Kojuk: “Futbolda belə hallar olur” “Qarabağ” “Sabah”ı təbrik etdi ”SABAH” ÇEMPİONLAR LİQASINDA! “Bayquş Avropanın üstündə süzülür” - AZARKEŞLƏRDƏN PANKART - FOTO “Sabah”ın matçının hakimləri açıqlandı