Icma.az, Apasport saytına istinadən bildirir.
"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın "Holştayn" klubu ilə danışıqları uğurla yekunlaşdırıb.
Apasport.az xəbər verir ki, bu barədə "bayquşlar"ın mətbuat xidməti məlumat yayıb.
Son Azərbaycan çempionu 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, T.Puxaç ötən ilin sentyabrından komandanın formasını geyinir. O, cari mövsümdə "Sabah"ın heyətində bütün turnirlərdə 33 oyunda 2 qol vurub və 12 məhsuldar ötürmə edib.
Rəşad Sadıqov: “Titul qazanmaq üçün daha çox şeyə ehtiyac var” Azərbaycan Kuboku: “Sabah” çempion - YENİLƏNİB AFFA "Futbol Təhsili Vebinarları" təşəbbüsünə start verib “Sabah” - “Zirə”: START HEYƏTLƏR Final və III yer uğrunda oyunun yeri müəyyənləşib