futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sabah”ın futbolçusu Timoteuş Puxaç Çempionlar Liqasında “Mançester Yunayted”ə məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın fanatları ilə dialoqa girən polşalı müdafiəçi matçla bağlı bunları deyib:
“Mançester Yunayted” böyük klubdur və onlara qarşı oynamaq bir təcrübədir. Gecənin ən yaxşısı Brunu Fernandeş idi. Həqiqətən, ağır oyun alındı. Matçdan sonra Reşforddan formasını aldım”.
“Sabah” 0:4 hesabıyla məğlub olub.