Puxaç Polşa millisinə çağırıldı

18.09.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Polşa milli komandasının UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün heyəti açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Yan Urban yığmaya 26 futbolçu çağırıb.

“Sabah”ın sol cinah müdafiəçisi Timoteuş Puxaç da dəvət yığmaya çağırılanlar siyahısındadır.

Qeyd edək ki, Polşa seçməsi Bosniya və Herseqovina ilə iki (25 sentyabrda Varşavada, 5 oktyabrda Zenitsada), həmçinin İsveç (28 sentyabrda Solnada) və Rumıniya (2 oktyabrda Varşavada) ilə oyunlar keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью