Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Sabah” icarə əsasında komandada çıxış edən Timoteuş Puxaçın transfer hüquqlarını alacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə polşalı cinah müdafiəçisi ölkəsinin mətbuatına açıqlamasında deyib. O, daha bir mövsüm “Sabah”da qalacağını bildirib.
Puxaç mövsümün əvvəlində “Holştayn Kil”dən icarəyə götürülüb. 27 yaşlı futbolçu “bayquşlar”la 33 oyunda 2 qol vurub, 12 məhsuldar ötürmə edib.