Puxaçın milliyə qayıdışı uğursuz alındı

29.09.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Puxaçın milliyə qayıdışı uğursuz alındı

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç 2 illik fasilədən sonra Polşa yığmasının heyətində meydana çıxıb. 

QOL.az xəbər verir ki, 27 yaşlı futbolçu UEFA Millətlər Liqasının B Liqasının ikinci turu çərçivəsində İsveçə qarşı keçirilən səfər oyununda start heyətində yer alıb. 

İlk hissədə sarı vərəqə ilə cəzalanan Puxaç 65-ci dəqiqədə əvəzlənib. Frankovski onun əvəzinə meydana çıxıb. 

Matç Polşa yığmasının məğlubiyyəti ilə başa çatıb. 

İsveç - Polşa - 3:1
Qollar:
Nygren, 8 (1:0), Szimanski, 43 (1:1), Ayari, 63 (2:1), Qyökereş, 72 (3:1)

Qeyd edək ki, 2 turdan sonra 1 xalı olan Polşa millisi qrupda üçüncü pillədə qərarlaşıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью