Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
İspaniyanın "Barselona" klubunun əfsanəvi sabiq kapitanı Karles Puyol yenidən futbol sahəsində fəaliyyətə başlayıb.
“Yeni Sabah” xəbər verir ki, o, karyerasını idarəetmə istiqamətində davam etdirmək qərarına gəlib.
Yayılan məlumata əsasən, təcrübəli futbol adamı Andorranın "İnter Klub d’Eskaldes" klubunda Əlaqələr və Beynəlxalq Futbol üzrə direktor vəzifəsinə təyin olunub. Karles Puyol yeni postunda Andorra təmsilçisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və xarici futbol qurumları ilə əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində çalışacaq. ShopByBro