Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şimali Koreya ABŞ-ın “hərbi özbaşınalığının” regionda sabitliyi təhdid etdiyini bildirib.
Reyting.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Agentlik yazır ki, Vaşinqtonun bölgədə yeritdiyi siyasət “hərbi özbaşınalıq” kimi qiymətləndirilməlidir.
“ABŞ-ın bu ilin əvvəlində başlayan ehtiyatsız hərəkətləri Koreya yarımadasındakı strateji sabitliyi ciddi şəkildə təhdid edir. Hazırda Vaşinqtonun siyasəti daha açıq formada hərbi özbaşınalığa çevrilib”,– məlumatda deyilir.
E. KAMAL