PYD/YPG Əsədin neft yataqlarını ələ keçirdi

04.12.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Müxalifətin hücumlarından sonra ərazilərinin bir çoxunu PYD/YPG-yə buraxaraq qaçan Əsəd rejimi ötən gün terrorçular tərəfindən xəyanətə uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə təşkilata yaxınlığı ilə tanınan Bərzanilərə aid “Rudaw” kanalında bildirilib.

Məlumata görə, PYD/YPG Vaşinqtonun tələbi ilə Fəratın şərqindəki Deyr əz-Zor neft bölgəsində Əsədin nəzarətində olan kəndlərə hücum edib.

Onlar Bəşər Əsəd rejimi qüvvələrini və İranın dəstəklədiyi qrupları devirməyə çalışıblar. ABŞ-ın dəstəyi ilə rejimin nəzarətində olan 7 kəndi işğal edən terrorçuların ilk hədəfi neft mədənlərinə çökmək olub.

PYD/YPG-nin irəliləməsinə kömək etmək üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiya hücumlara havadan dəstək verib və işğal tamamlanıb.

Təşkilatdan verilən açıqlamada Deyr əz-Zorun Murrat, Haşşam, Məzlum, Tabiyye, Hüseyniyyə, Salihiyye və Hatla kəndlərinin nəzarətə götürüldüyü, neft yataqlarının təhlükəsiz olduğu bildirilib.

Roza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью