Pyer Emerik Obameyanq Marseli İspaniya klubuna dəyişdi

18.07.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq "Deportivo"ya transfer olunub.  Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Qabon millisinin də şərəfini qoruyan forvard yeni klubu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Bu keçidin "Deportivo"ya 1,5 milyon avroya başa gəldiyi bildirili.

Qeyd edək ki, Obameyanq ötən mövsüm "Marsel"in heyətində bütün turnirlərdə 41 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью