Pyer Saj: Qarabağ daha çox qol vura bilərdi

29.11.2024

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Lion" Avropa Liqası Liqa mərhələsinin 5-ci turunda Bakıda "Qarabağ"ı 4:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin baş məşqçisi Pyer Saj matçından sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ın oyununu təhlükəli hesab edirsiz?

- Bəli. İlk hissədə çoxlu təhlükəli epizodlar yaratdılar. Bunu unutmaq olmaz. Biz ikinci hissədə müdafiəni daha yaxşı təşkil etdik. Hücuma keçidlərdə üstünlüklərimiz oldu. Çətin olsa da, sonradan ardıcıl qollar vurduq.

- Sizcə, hesab oyuna görə oldu?

- Xeyr.

- Bakıdakı atmosfer, stadion haqda nə deyərdiz?

- Stadionda azarkeşlərin davranışı yaxşı idi. Oyunun gedişatına müsbət təsir edirdi.

- Hesabın oyuna görə olmadığını dediniz. Sizcə, hesab daha böyük olmalı idi, yoxsa gözləntiniz başqa idi?

- Bəli, düz anlamısız. "Qarabağ" daha çox qol vura bilərdi. Şansları da var idi. Bu da oyunun gedişatını dəyişdirə bilərdi.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью